Haqqımızda

1994-cü ildən

Azərbaycanda şüşəruberoid istehsalı ilə xidmətinizdəyik!

about

"Mahmud Topçu K" istehsalat Kommersiya firmasi 1994 cü ildə təsis edilmişdir. Firma Azərbaycanda ilk dəfə olaraq 1994-cü ilin əvvəlindən şüşəruberoidin istehsalına başlamışdır və bu gündə davam etdirir. İstehsal etdiyimiz şüşəruberoid Bakı metropoliteninin inşaatında və respublikanın yeni inşa olunan mühum obyektlərində isifadə olunur. Azərbaycanın inşaat sektoru firmamızı ən keyfiyyətli şüşəru- beroid istehsalçısı kimi tanıyır. Son illərdə Bakı şəhərinin binalarının günü-gündən gözəlləşməsini müşahidə edirik. Əksər binalar ağlay daşla üzlənir. Ağlay daş estetik olaraq çox gözəldir, ancaq çox ağırdır (1kvm = 120 - 130 kg), heç bir izolyasiya xüsusiyyəti yoxdur (nəmə, istiyə, soyuğa qarşı) Avropada və Türkiyədə bütün binanlar ancaq izolyasiya təyinatlı (EPS, EXS, Steklovat əsaslı) materiallarla üzlənir. Bu materiallar nəmə, istiyə, soyuğa qarşı çox dözümlüdür və yüngüldür. Firmamız 2009 cu ilin sonunda Dərnəgüldə EPS istehsalına başlayıb. Müəssisəmizdə sıxlığı 10-35-ə qədər (bir metr kubunun ağırlığı 10kg-dan başlayaraq 35 kg-a qədər) istənilən ölçüdə EPS (Penoplast) istehsal olunur. Firmamızda eləcə də EPS əsaslı dekorativ üzlük panellər və binaları gözəlləşdirmək üçün istənilən detallar istehsal olunur.

Mahmud Topçu haqqında statistik məlumatlar

1826

Müştəri sferası

175

Korporativ müştəri

312

Effektiv istehsalat ayı

İstənilən layihənizi planlaşdırırıq
Ən asan yolla konstruksiya həlləri
Dekorasiya və izolyasiyada doğru seçim

Mahmud Topçu vizyonu

Dekorasiya və izolyasiyanın doğru ünvanı.