İstehsal istiqamətləri

  • EPS-STROFOR
  • İSTİ AQLAY
  • PADUQA
  • MEMBRAN-TOLL
EPS haqqında

Expanded Polistiren Sərt Köpük (EPS Genişləndirilmiş Poliester Sərt Köpük), neftdən əldə edilən, köpük halındakı, termoplastik bağlı məsaməli, bir istilik izolyasiyası materialıdır. Poliester dənəciklərinin şişirilmesi və bir-birinə qaynaşması ilə əldə edilən EPS (Genişləndirilmiş Poliester Sərt Köpük) məhsullarda, dənəciklərin şişirilməsi və köpük əldə edilməsi üçün istifadə edilən şişirici qaz 'Pentan'dır. Pentan, dənəciklər içində çox sayda kiçik məsamələrin yaranmasının təmin etdikdən sonra, istehsal zamanı və ondan sonra çox qısa müddətdə hava ilə yer dəyişdirir. Beləcə EPS lövhələrin nəzdində olan çox sayda (1m3 EPS'de 3-6 milyard) kiçik bağlı məsaməli hüceyrələr içində durğun hava qalır. Məhsulun 98 %i hərəkətsiz və quru havadır. Hərəkətsiz və quru hava, bilinən ən ekonomik, ətraf mühit dostu və mükəmməl istilik izolyasiyası materialıdır. EPS istilik izolyasiyası lövhələrinin ekonomik və üstün istilik izolyasiyası xüsusiyyətləri bu şəkildə təmin olunur. Dünyada mövcud olan ən yaxşı istilik izolyasiyası təmin edən bir neçə materialdan biri olan EPS, eyni nəticəni, ölkəmizdə istifadə edilən digər istilik izolyasiyası vasitələrindən daha ekonomik tək materialdır.

EPS-in aşağıdakı tətbiq sahələri vardır.

  • Daxili və xarici cəbhə izolyasiyasında
  • Döşəmə altı izolyasiyasında, istipolların hazırlanmasında
  • Soyuducu anbarların izolyasiyasında
  • Boruların izolyasiyasında, tikililər arası temperatur boşluqlarının doldurulmasında Asmolen istehsalında
  • PVC Qapıların panellərinin istehsalında
  • Dekorativ məqsədli istehlak sahələrində
  • Qablaşdırma istehsalında
  • Aşağı istilik keçiriciliyi yüksək istilik izolyasiyasını təmin edir
  • Yüksək mexaniki təzyiq müqaviməti xüsusiyyətinə malikdir
  • Su saxlamır və nəm və bakteriyaların yaranmasına mane olur
  • Ölçü sabitliyi xüsusiyyəti var
  • Əlverişli yüngül çəkiyə malikdir
  • İqtisadi cəhətdən sərfəlidir
  • İstiyə və soyuğa qarşı davamlıdır
  • Yanğına qarşı davamlıdır
  • Müxtəlif formaların alınmasında əlverişlidir
  • Mükəmməl istilik izolyasiyasına malikdir
  • Quraşdırılması tez və rahatdır
  • Uzunömürlü və davamlı materialdır
  • Ətraf mühitə və sağlamlığa ziyanı yoxdur

EPS TEXNİKİ GÖSTƏRİCİLƏRİ

Termal izolyasiya məqsədi EN 13163-də göstərilən təsnifat, ρ sıxlıq dəyərləri və istilik keçiriciliyindən istifadə edərək hesablanan normalar aşağıdakı cədvəldə göstərilmişdir.

  • Texniki məsləhətləşmələr üçün ekpert rəyimizi alın
  • Ekspert tərəfindən məsləhətlər pulsuzdur
  • Your trusted partner for working together Solve your problem.
MƏHSULLARA BAXMAQ

Dekoratif tipli isti aqlaylar

Mahmud Topçu sizin zövqünüzə uyğun keyfiyyətli, müxtəlif sıxlıqlı, müxtəlif forma və ölçüdə dekoratif isti aqlaylar təklif edir.

  • PƏNCƏRƏ KƏNARLARI
  • PƏNCƏRƏ ALTLIQLARI VƏ MƏRTƏBƏ ARASI
  • BƏZƏKLİ KARNİZLƏR
  • SÜTUNLAR VƏ KÜNC PROFİLLƏRİ
  • PAYANDALAR
MƏHSULLARA BAXMAQ
Tavan künclüklər-Poduqa

Mahmud Topçu yerli yüksək keyfiyyətli daxili istehsalı ilə tavan künclükəri istehsal edir. Məhsulların çeşidləri barədə ətraflı məlumat üçün aşağıdakı linkdən keçid edin

MƏHSULLARA BAXMAQ
BİTUM ƏSASLI MEMBRAN İZOLYASİYA TOLU

ÜMUMİ MƏLUMAT
Bitum əsaslı membran plastomerik və elastomerik polimer əlavələri ilə əvəzlənərək əldə edilən yüksək keyfiyyətli bitum qarışığı ilə istehsal olunur. Bitumun aşağı və yüksək temperaturlara davamlığı polimer əlavə edilməsi ilə artırıldığı üçün isti və ya soyuq mühitlərdə asanlıqla tətbiq oluna bilər. Dəyişdirilmiş bitum, polietilen film - alüminium folqa, hər iki tərəfə şüşə toxumaları və ya poliester hissə ilə polietilen film mineral daşı düzəldilir və laminatlaşdırılır.
TƏTBİQ SAHƏLƏRİ
Ümumiyyətlə, bitum əsaslı izoliyasiya membranları yeraltı beton səthlərin, dayaq divar- larının, terrasların, beton damların, nəm döşəmələrin, magistral yolların su izolyasiyası üçün istifadə olunur. Rulonlarla buraxılır. Ruberoid evlərin damları üçün ən çox geniş yayılmış hidroizolyasiya materiallarından biridir.

MƏHSULLARA BAXMAQ